Polis arvadı tərəfindən döyüldü

12 Aprel 2018 09:39 (UTC+04:00)

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə şəhərin 24-cü məhəlləsində baş verib.

Belə ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsib İsgəndər oğlu Abışov yaşadığı evdə arvadı tərəfindən döyülüb.

Ağır bədən xəsarətləri alan N.Abışov xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.

Qeyd edək ki, N.İsgəndərov təqaüddə olan polis əməkdaşıdır.

AzNews.az