Türkiyə informasiya dəstəyinə görə öndədir - Fotolar

12 Aprel 2018 10:59 (UTC+04:00)

Bu münasibətlə dünya mediasının diqqət və nəzəri məhz Azərbaycanda oldu. Demək olar ki, dünyanın əksər informasiya agentlikləri, televiziya kanalları, qəzetləri və digər internet resursları Azərbaycandakı seçkiləri ətraflı işıqlandırdı.

Təbii ki, bu istiqamətdə qardaş Türkiyə mediası yenə də öndə oldu. Türkiyənin bütün telekanalları, qəzetləri, internet resursları Azərbaycanda İlham Əliyevin yenidən prezident seçildiyini bəyan etdi və təkcə informasiya ilə kifayətlənməyərək, həm İlham Əliyev, həm də digər namizədlər barədə ətraflı məlumatlar da verdi.

Media resusrları həmçinin Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk olaraq İlham Əliyevə zəng vurmasını, onu tarixi qələbə münasibətilə təbrik etməsini xüsusi vurğuladılar.

Elgün
AzNews.az