“Seçki prosesi açıq və şəffaf keçdi” - Portuqaliya müşahidə missiyasının rəhbəri

12 Aprel 2018 10:46 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Portuqaliya müşahidə missiyasının rəhbəri Mario Deyvid deyib.

O bildirib ki, bütün namizədlərə öz fikirlərinin seçicilərə çatdırılması üçün zəruri şərtlər yaradılmışdı:

“Seçki prosesi açıq və şəffaf keçdi. Seçicilərin fəallığı 74,51 faiz təşkil etdi. Bu isə xalqın öz fikrini bildirmək və seçim etmək arzusunu əks etdirir”.

Mərkəzi Seçki Komissiyası tərəfindən tətbiq olunmuş müsbət praktikadan danışan M.Deyvid seçki günü ərzində keçirilən rəy sorğularını qeyd edib.

AzNews.az