Bakıda “Lombard“ sahibi saxlanıldı
13 Mart 2013 12:50 (UTC+04:00)
AzNews.az-a daxil olam məlumata görə, Bakıda lombard sahibi həbs edilib. Nizami rayonunun Polis İdarəsinə daxil olan müraciətlər əsasında "Neftçilər" metrosu yaxınlığında fəaliyyət göstərən "Lombard"ın fəaliyyəti araşdırılıb. Dələduzluq edərək vətəndaşların pulunu mənimsəyən şəxs - Məmməd Həsənov isə istintaqa cəlb edilib.
Nizami rayon Polis İdarəsinin müstəntiqi Abbas Hüseynov Aznews.az-a açıqlamasında bildirib ki, Məmməd Həsənova qarşı Cinayət Məcəlləsinin 178.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılıb:
"Şikayətlər həddindən çoxdur. Fakt əsasında cinayət işi açmışıq. Məmməd Həsənov külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur. İnsanlara dəymiş ziyan ödənilməsə, Məmməd Həsənov cinayət məsuliyyətinə cəlb ediləcək".
Ruhiyyə
Aznews.az