“Gülər Əhmədova videolarla bağlı ifadə verməyəcək”

13 Mart 2013 12:57 (UTC+04:00)
"Gülər Əhmədova Elşad Abdullayevin yaydığı video materiallarla bağlı ifadə verməyəcək". Bunu APA-ya açıqlamasında vəkil Raqif Mustafayev deyib.

R. Mustafayev bildirib ki, martın 12-də Gülər Əhmədova ilə görüşüb: "Yenə də xəstədir və kamerasında müalicə olunur. Görüş zamanı taktikamızı müzakirə elədik. Gülər xanımın fikri belədir ki, Elşad Abdullayevin yaydığı videolar montajdır. Qanun da bunun sübut kimi götürülməsini nəzərdə tutmur. Bunun üçün həmin videolar əsassız sayılmalıdır. Gülər Əhmədova həmin videolarla bağlı istintaqa ifadə verməyəcək. Lakin digər məsələlərlə bağlı ifadə verəcək. Biz həmçinin videolarla bağlı ekspert rəyini də əsassız hesab edirik. Düzdür, həmin ekspert rəyi ilə bizi tanış etməyiblər, hər halda videolar saxtadırsa, onun ekspert rəyindən də nəsə gözləməyə dəyməz" .

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

AzNews.az