Cənubi Koreyada iki gəmi toqquşdu - 3 nəfər öldü

12 Aprel 2018 12:59 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tanzaniya bayrağı altında üzən yük gəmisi Cənubi Koreyaya məxsus balıqçı gəmisi ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə itkin düşüb. Qurbanların hamısı balıqçı gəmisində olanlardır. Yük gəmisinin heyət üzvləri arasında ölən və yaralanan yoxdur.