KİV seçkini necə işıqlandırdı?

12 Aprel 2018 15:38 (UTC+04:00)

"Qafqazinfo" xəbər verir ki, hesabatda Konstitusiya qanunu, Seçki Məcəlləsi, "KİV haqqında" qanunları necə yerinə yetirmələri ilə bağlı statistika öz əksini tapıb. Telekanallarda sırf namizədlərlə bağlı təbliğat xarakterli materiallar nəzərdən keçirilib. MŞ-nın sədri Əflatun Amaşov qeyd edib ki, bu müddət ərzində aparılan təhlillər göstərir ki, KİV seçki ilə bağlı təqdimatlarında maraqlı olublar: " Heç bir namizədə etikadan kənar hərəkətə yol verilməyib. Bunu əvvəlki seçkilərlə müqayisədə böyük uğur kimi qiymətləndirmək lazımdır. KİV tərəfsizlik prinsipini qoruyublar. Gizli təşviqat halları nəzərəçarpacaq qədər gözə dəyməyib. Media sükut dövrünün tələblərinə sadiq qalıb. Təşviqat dövründə 1051 material yayımlanıb".

AzNews.az