“Divardan tuta-tuta gəzirəm”

13 Mart 2013 13:55 (UTC+04:00)


Bunu APA-ya açıqlamasında Azər Mirzəyev özü deyib. Aktyor sağalacağına ümidini kəsmədiyini bildirib: "Allah kərimdir. Hələ evdəyəm, gəzə bilmirəm, ayağa duranda divardan tuta-tuta yeriyirəm. Amma həkimlər bir aya yaxşılaşacağıma söz veriblər. Özümü normal hiss edən kimi səhnəyə qayıdacam".

Qeyd edək ki, ötən ilin ortalarında iflic keçirən əməkdar artist A. Mirzəyevin müalicəsi ev şəraitində davam etdirilir.