AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Keşlə”nin hücumçusu Pərdis Fərcad-Azad ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sumqayıt” üzərində 1:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qələbəyə görə mükafat söz verilmişdi?
- Bəli. Mükafat da deyilib, yaxşı məbləğdir.
- Yəni deyirsən ki, həmin pula meydanda can qoymağa dəyər...
- (gülür) Əlbəttə. Necə ürəklə çıxış etdiyimizi görmədiniz?!