AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Pakistanda qadın müğənni Samina Sindhu, səhnədə rəqs etmədiyinə görə başından vurularaq öldürülüb. Həkimlər onun meyitini müayinə ediblər və müğənninin hamilə olduğu məlum olub. Müğənni məhz bu səbəbə görə rəqs etməyib. Onu vuran silahlı şəxs saxlanılıb.