“Əksər insanlar bunu qripə bənzədirlər” - Baş allerqoloqdan xəbərdarlıq

13 Aprel 2018 11:45 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov deyib.

Baş allerqoloq bildirib ki, rütubət olan regionlarda bronxial astma daha çox yayılır: "Çünki rütubət olan evlərdə xəstəliyi törədən ev gənələrinin çoxalması genişlənir".

Onun sözlərinə görə, mart ayından may ayının sonuna kimi bəzi insanlarda allergik xəstəliklər daha çox əmələ gəlir: "Bu, yazda ağacların çiçəklənməsi ilə bağlıdır. Əksər insanlar bunu qripə bənzədirlər. Buna görə də düzgün müalicə vacibdir".

AzNews.az