DİN-in saxlanması üçün nə qədər pul xərclənir? – SİYAHI

13 Mart 2013 14:45 (UTC+04:00)
Femida.az 2013-cü ildə DİN-in saxlanması üçün ayrılan bəzi xərc maddələri barədə məlumat dərc edib. Həmin xərc siyahısını təqdim edirik:

1. Daxili İşlər Nazirliyinin orqan və təşkilatlarının cari təmir xərcləri – 615 000,0 manat;

2. Mühafizə ilə bağlı xərclər – 485 025,0 manat;

3. Nəqliyyat vasitələrinə yanacaq və sürtkü materiallarının alınması xərcləri – 6 837 759,0 manat;

4. Nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi, sığortalanması, təmiri xərcləri və digər nəqliyyat xidmətləri – 2 529 630,0 manat;

5. Elektrik enercisi haqqının ödənilməsi ilə bağlı xərclər - 2 022 150,0 manat;

6. İstifadə olunan qaz haqqının ödənilməsi ilə bağlı xərclər – 631 650,0 manat;

7. İstifadə olunan su haqqının ödənilməsi ilə bağlı xərclər – 440 961,0 manat;

8. İstilik sistemi (odun, kömür, yanacaq və sair) haqqının ödənilməsi ilə bağlı xərclər –
134 000,0 manat;

9. Kanalizasiya xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclər – 140 385,0 manat ;

10. Kommunal xidmətləri (tullantıların ləğvi və daşınması,camaşırların yuyulması,liftlərə texniki xidmətlə bağlı xərclər) haqqının ödənilməsi ilə bağlı xərclər – 269720,0 manat;

11. Sayğacların quraşdırılması, elektrik, rabitə, qaz, su və digər xətlərin çəkilməsi, onların cari təmiri və bu işlə bağlı digər xərclər – 448 011,0 manat;

12. Ölkədaxilindəki telefon danışıqları, faks xidməti, telefon-teleqraf rabitə kanallarının icarəsi və s. xidmətlərlə bağlı xərclər – 871 281,0 manat;

13. Xarici ölkələrlə bağlı telefon danışıqları, faks xidmətləri ilə bağlı xərclər – 70 000,0 manat;

14. Məktub və bütün növ poçt, teleqramların göndərilməsi, feldrabitə ilə bağlı xərclər -
120 950,0 manat;

15. İnternet xidmətindən istifadəyə görə ödənişlər, vebsaytların yeniləşdirilməsi və saxlanması xərcləri – 50 000,0 manat;

16. Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması – 1 300 000,0 manat;

17. Bütün növ mebellərin, həmçinin stol, stul, kitab rəflərinin, yumşaq mebellərin, pərdə, jalüz alınması, quraşdırılması və təmiri ilə bağlı xərclər – 2 184 100,0 manat;

18. Bina və tikililərin pasportlaşdırılması, xarici qonaqların qəbulu üzrə tədbirlərin keçirilməsi, təhsil müəssisələri üçün blankların, diplomların, tələbə biletlərinin alınması və digər xərclər –
1 295 709,0 manat;

19. Mövcud qanunvericiliklə müvəqqəti iş qabiliyyətini itirməyə görə verilən müavinətlər –
462 940,0 manat;

20. Təhsil alan tələbələrə ödənilən təqaüdlər – 431 160,0 manat;

21. Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə verilən müavinətlər -
2 613 600,0 manat;

22. Daxili İşlər Nazirliyinin orqan və təşkilatlarının inzibati binalarının əsaslı təmir xərcləri –
1 400 000,0 manat;

23. Əhalinin təhlükəsizliyinin, dövlətin hüquqa zidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənməsi məqsədilə videonəzarət sisteminin əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə quraşdırılmasını təmin etmək məqsədilə "Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi"nin genişləndirilməsinə – 5 000 000,0 manat;

24. DİN-də "Elektron Ödənişlər Sistemi"nin yaradılması üçün lazımi server və şəbəkə avadanlıqlarının alınması, müvafiq proqram təminatlarının hazırlanması məqsədilə – 535 000,0 manat;

25. Bakı və Sumqayıt şəhərlərində əlavə olaraq videomüşahidə kameralarının, "Nömrətanıma", "Qırmızı işıq", "Surətölçmə" və "Qoşa xətt" sistemlərinin quraşdırılması məqsədilə -
3 500 000,0 manat;

26. "Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi", "Elektron sənəd dövriyyəsi", "102 polisə zəng mərkəzi sistemi", "Kadr informasiya sistemi" və "İnzibati Xətalar sistemi" kimi layihələrə xidmət göstərilməsi üçün – 2 260 000,0 manat;

27. Daxili işlər orqanlarının Virtual Tədris Sisteminə qoşulması üçün avadanlıqların alınmasına – 1 000 000,0 manat;

28. Daxili işlər orqan və təşkilatlarının kompyuter, printer, surətçıxaran və kompyuterlər üçün digər komplektləşdirici avadanlıqların alınması məqsədilə – 600 000,0 manat;

29. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq normalara əsasən təchizatın təmin edilməsi üçün məişət və digər avadanlıqların alınmasına – 750 000,0 manat;

30. Gəncə şəhərində videomüşahidə kameralarının quraşdırılması məqsədilə – 800 000,0 manat;

31. Daxili işlər orqan və təşkilatları üçün tibbi avadanlıqların alınmasına – 1 030 000,0 manat;

32. Sənədlərin cildlənməsi, tikilməsi, mətbəə və nəşr ilə əlaqədar xərclər – 391 865,0 manat.

AzNews.az