Yarımfinal mərhələsinin püşkü atılıb

13 Aprel 2018 14:39 (UTC+04:00)

"Report"un məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.

Püşk nəticəsində yarımfinal cütlərinin tərkibi belə müəyyənləşib:

"Marsel" (Fransa) - "Zaltsburq" (Avstriya)

"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)

Finalda "Marsel" - "Zaltsburq" cütünün qalibi nominal ev sahibi olacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 26 apreldə, cavab görüşləri 3 mayda keçiriləcək. Final qarşılaşması isə mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı sadionda təşkil olunacaq.

AzNews.az