Oxu.Az-ın məlumatına görə, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər qabaqcadan cinayət əlaqəsinə girərək vətəndaş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini vəd edərək, zərərçəkmişdən 147.000 manat pul alıblar və həmin məbləği dələduzluq yolu ilə ələ keçiriblər.
Məhkəmənin hökmü ilə Vüqar Güləliyev 8 il, Ceyhun İbayev, Vüqar Əsədov və Nicat Əliyev 6 il 6 ay və Anar İsmayılov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ev dustaqlığında olan C. İbayev iclas zalında həbs edilib, V. Əsədov və A. İsmayılovun barəsində isə şərti cəza seçilib.
Qeyd edək ki, Vüqar Güləliyev ləğv edilmiş MTN-in sabiq polkovniki olub.
AzNews.az