Avrasiya Yəhudi Konqresinin rəhbərliyi İlham Əliyevi təbrik etdi

13 Aprel 2018 18:30 (UTC+04:00)

Təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu. Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi Avrasiya Yəhudi Konqresi və Azərbaycanın yəhudi icması adından səmimi qəlbdən təbrik edirik. Azərbaycan yəhudiləri Sizin müdrik milli siyasətinizə və antisemitizmə qarşı mübarizədə ardıcıl sərt mövqeyinizə görə Sizə təşəkkür edirlər. Azərbaycan ilə İsrail arasında səmimi dostluq münasibətlərinin, iqtisadi əlaqələrin inkişafında və möhkəmlənməsində Sizin rolunuzu yüksək qiymətləndiririk. Əminik ki, Azərbaycanın yəhudi icması bundan sonra da öz ölkəsinin rifahı naminə işlərdə fəal iştirak edəcək”.

AzNews.az