"Bu bəyanat mülahizələr əsasında tərtib edilmiş qarayaxmadır" - Ziyafət Əsgərov

13 Aprel 2018 18:37 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, bu bəyanat anti-Azərbaycan qüvvələrin, o cümlədən ermənilərin puluna satın alınmışların əvvəlcədən tərtib etdiyi kağız parçasıdır.

Z. Əsgərov qeyd edib ki, Azərbaycanda hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır: "Xalq öz iradəsini 11 apreldə tam azad şəkildə ifadə etdi. Xalqın iradəsini şübhə altına alanlar isə yalnız şarlatanlardır".