AzNews.az xəbər verir ki, bu barədə Britaniyanın Rusiyadakı səfirliyi “Twitter” səhifəsində məlumat paylaşıb.
“Kimyəvi silahların qadağan edilməsi haqqında Konvensiyanın tələblərini pozduğuna görə Rusiyanı məsuliyyətə cəlb etmək vacibdir”,- deyə dipmissiyanın paylaşdığı məlumatda qeyd olunur.
Qeyd edək ki, aprelin 12-də KSQT Britaniyada siyasi sığınacaq almış keçmiş rusiyalı kəşfiyyat zabiti Serqey Skripalın sinir-paralitik maddə ilə zəhərləndiyi faktını təsdiqləyib.
Təşkilatın ekspertlərinin hazırladığı hesabata görə, götürülmüş nümunələr əsasında müayinə edilən kimyəvi maddə xalis olub, tərkibində hər hansı qatqı aşkarlanmayıb.