İspaniya kraliçası Azərbaycana nə hədiyyə etdi?

13 Mart 2013 15:06 (UTC+04:00)
İspaniya kraliçası, Yunanıstan və Danimarka şahzadəsi Sofiya dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə onun qədim miniatürlərini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə hədiyyə edib.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Elmi Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat verib.

Onun sözlərinə görə, mərkəzə kraliça tərəfindən 8 miniatür və 1 illüstrasiya hədiyyə edilib. Miniatürlərin içində qədim əlyazmalar da var: "Miniatürlərin bəziləri vaxtilə rusların Ərdəbil kitabxanasından İspaniyaya apardıqları sənət əsərləridir. Bəzi miniatürlər isə İspaniyanın özünə məxsusdur. İspaniya uzun müddət müsəlman dövləti olduğundan burada qədim şərq, ərəb-fars əlyazmaları çoxdur".

Qeyd edək ki, hədiyyə olunan miniatürlər XIV-XV əsrlərə aiddir.

AzNews.az