Xaçmaz sakini bıçaqlandı

13 Aprel 2018 20:25 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qusarçay kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Qədirov Rəsul Tofiq oğlu bıçaqlanıb.

O Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.