“Dəməşq dinc gələcəyə şansı olduğu zaman bombalandı” - Rusiya XİN

14 Aprel 2018 09:11 (UTC+04:00)

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Onun sözlərinə görə, uzun illər Suriya paytaxtı terror hücumları şəraitində yaşamağa çalışıb.

“Əvvəl Suriya xalqını “ərəb baharı”, sonra İŞİD, indi isə ABŞ-ın “ağıllı raketləri” ilə sınağa çəkdilər”, Rusiya XİN rəsmisi qeyd edib.

AzNews.az