APA-nın xəbərinə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin yazılı bəyanatında deyilir.
Y. Soltenberq bəyanatında ABŞ , Böyük Britaniya və Fransanın Bəşər Əsədin kimyəvi silah bazalarına yönəlmiş hərbi əməliyyatını dəstəklədiyini ifadə edərək, bu hücumun rejimin Suriya xalqına yenidən kimyəvi hücum təşkil etmək gücünü zəiflədəcəyini deyib. "Kimyəvi silahların istifadəsi qəbuledilməzdir və məsuliyyət daşıyanlar cavab verməlidir. NATO kimyəvi silahlardan istifadəni beynəlxalq sülhə bir təhdid olaraq görür", - deyə NATO baş katibi vurğulayıb.