«Azərbaycan taxıla olan tələbatını özü ödəyəcək»

13 Mart 2013 15:34 (UTC+04:00)
Azərbaycanın artıq yaxın gələcəkdə taxıla olan tələbatını tam həcmdə daxili istehsal hesabına ödəyəcəyi gözlənilir. "APA-Economics"in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 mln. ton təşkil edir. Ötən il isə ölkədə taxıl istehsalı 2,8 mln tona bərabər olub.

"Tələbatı tam ödəmək üçün 200-300 min ton idxalın payına düşür ki, bu da artıq ölkəyə gətirilib", - deyə B.Əliyev vurğulayıb.

AzNews.az