“Amerika, Fransa və Britaniya liderləri cinayətkardır” - Xamenei

14 Aprel 2018 12:09 (UTC+04:00)

APA-nın “Tasnim” agentliyinə istinadən yaydığı xəbərə görə, Ə. Xamenei Qərb koalisiyasının Suriya əməliyyatına sərt reaksiya verib. “Suriyaya hücum cinayətdir, Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri isə canidir”, - deyə o, söyləyib.

Əli Xamenei bildirib ki, Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcəklər.

AzNews.az