33 yaşlı kişi bıçaqlandı

14 Aprel 2018 17:24 (UTC+04:00)

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Yeni Zod kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Röyal Baloğlan oğlu qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduiğu bildirilir.

R. Məmmədov ilkin ifadəsində bildirib ki, özü-özünü bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az