“Qarabağ”ın futbolçusu Gəncədə daşa basıldı - Foto

14 Aprel 2018 17:33 (UTC+04:00)

AzNews.az “Sportal.az”a istinadən xəbər verir ki, matçın gedişində xoşagəlməz hal baş verib. Belə ki, görüşün 35-ci dəqiqəsində yerli fanatlar Ağdam klubunun futbolçusu Donald Gerryeyə yad əşyalar atıblar.

Fanatlardan biri onun başına daşla vurub. Yerə yıxılan haitili futbolçuya həkim yardım göstərib. Yarımmüdafiəçi oyunu davam etdirə bilib.