"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb

14 Aprel 2018 18:10 (UTC+04:00)

"Report"un Gəncəbasar bürosunun məlumatına görə, açılış oyunu Gəncədə autsayder "Kəpəz"lə lider "Qarabağ" arasında keçirilib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 23-cü dəqiqədə Ramil Şeydayev vurub. Bununla da 22 yaşlı hücumçu Ağdam komandasının heyətində Premyer Liqada qol hesabını açıb.

Bu qələbə sayəsində xallarını 56-ya çatdıran "Qarabağ" ardıcıl 5-ci çempionluğa doğru daha bir addım atıb. "Kəpəz" isə 12 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, tura aprelin 15-də "Qəbələ" - "Səbail", "Sumqayıt" - "Keşlə" və "Zirə" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.

AzNews.az