1 əsgər şəhid olub - Yaralılar var

14 Aprel 2018 18:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Ağrının Doğubayazit ərazisində meydana gələn qarşıdurmada 1 əsgər şəhid olub, 5 əsgər yaralanıb. Atışma zamanı 1 terrorçu zərərsizləşdirilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Ağrı dağının Doğubayazıt rayonunun kəndində terror təşkilatına istiqamətli əməliyyatda atışma olub.