Mütəxəssislər fikirləri oxuya bilən qurğu yaradıblar

14 Aprel 2018 21:46 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən bildirir ki, qurğu neyron siqnallarını hesablayır və onları ani olaraq mətnə çevirir. Alimlərin sözlərinə görə, qurğu təkcə bundan əvvəl işlətdiyi sözlərdən deyil, yenilərindən də istifadə edə bilər. İxtira bəzi insanların həyatını yaxşı tərəfə dəyişməyə qadirdir. Lakin alimlər ehtiyat edirlər ki, qurğu bəzi insanlarda gizli fikirləri aşkara çıxaracaq.

Daha əvvəl Virginiya Politexnik Universitetinin əməkdaşları məlumat veriblər ki, süni intellekt insanın cinayətdə təqsirkar olub-olmadığını müəyyən edə bilər. Mütəxəssislər "cinayətkarların fikirlərini" oxumaqdan ötrü süni intellekt kombinasiyası və beynin skanlanmasından istifadə ediblər. Alimlər gələcəkdə bu üsulun məhkəmədə tətbiq ediləcəyinə ümid bəsləyirlər.