Ərdoğan Putin və Makronla telefonda danışdı

14 Aprel 2018 23:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Əsəd rejiminə istiqamətli əməliyyatla bağlı telefonla Vladimir Putinlə danışıb. Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə danışığı zamanı "Regionda gərginliyin daha da artmaması lazımdır" deyə bildirilib.

Fransa prezidenti Makronun əməliyyatla əlaqədar telefon danışığı zamanı prezident Ərdoğan da Türkiyənin kimyəvi silah istifadəsini həmişə şiddətlə qınadığını bildirib.