AzNews.az xəbər verir ki, bu qələbə Daniel Rikkardonun ötən il keçirilən Azərbaycan Qran Prisindən sonra ilk qələbəsidi. Bəhreyndə keçirilən yarışın uğursuzluğundan sonra Daniel podiumda sevincdən göz yaşlarını saxlaya bilmədi. Bu avstraliyalı sürücünün karyerasında 6-cı qələbədir.

Podiumun ikincisi Mercedes pilotu Valtteri Bottas, üçüncüsü isə Ferrari pilotu Kimi Raykkonen oldu.
Hazırda turnir cədvəlinə 54 xalla Ferrari pilotu Sebastyan Fettel başçılıq edir. Son dünya çempionu Luis Hamilton 45 xalla ikinci, komanda yoldaşı Bottas 40 xalla üçüncüdür. Mühəndislər kubokuna isə Mercedes komandası 84 xalla başçılıq edir. Ferrari 1 xal geri qalır.
Növbəti yarış 2 həftə sonra Bakıda baş tutacaq.