AzNews.az xəbər verir ki, 60 yaşlı Seyran Fəxrəddin oğlu Axundovun gecə saatlarında naməlum şəraitdə öldüyü ehtimal edilir.
Onun meyiti iş yoldaşları tərəfİndən aşkar olunub.
Hadisə yerinə hüquq-mühafİzə orqanlarının və Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub.
Dərhal təcili yardım xidmətinə məlumat verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.