I-IV ixtisas qrupları üzrə sınaq imtahanları başa çatdı

15 Aprel 2018 14:50 (UTC+04:00)

AzNews.az DİM-ə istinadən xəbər verir ki, imtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

Aprelin 16-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, aprelin 16-da gün ərzində abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını, etalon cavabları DİM-in saytından əldə edə biləcəklər.