Bakıda doğranmış qadın meyiti tapıldı

13 Mart 2013 16:39 (UTC+04:00)


Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Baksol qəsəbəsində zibillikdən tapılan qadın meyitinin qol və ayaqları ayrı-ayrılıqda aşkarlanıb. Qadının başı isə tapılmayıb.

Dərhal fakt üzrə əməliyyat qrupu yaradılıb. Hazırda dəhşətli cinayətin kim və ya kimlər tərəfindən törədilməsi və s. araşdırılır.

AzNews.az