Rəsul Quliyev Azpolitika.com-u Fuad Əliyevdən aldı

13 Mart 2013 16:45 (UTC+04:00)
Teleqraf.com-un məlumatına görə, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevi təbliğ edən azpolitika.com saytına nəzarət Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdən alınıb.

Əldə etdiyimiz məlumata görə, bu hadisə bir müddət əvvəl baş verib. Sözügedən sayta nəzarəti F.Əliyevə yaxın şəxslər həyata keçirirdi.

Onu da qeyd edək ki, adı çəkilən saytın idarə olunması ilə bağlı fikir ayrılıqları çoxdan yaranıbmış. Bir müddət sayta Elnur Məhhərrəmli rəhbərlik edib. Sonradan özünə eyni adlı sayt yaradan E.Məhərrəmli eks-spikerdən ayrılıb. Bundan sonra saytın başına şair Heydər Oğuz keçib. Bir müddət sonra isə sayt F.Əliyevə yaxın şəxslərin nəzarətinə verilib.

Bizə daxil olan xəbərə görə, hazırda azpolitika.com saytı Fuad Əliyevə yaxın şəxslərdən alınaraq Rəsul Quliyevin lideri olduğu partiyanın nəzarətinə verilib. Bu saytın yaxın günlərdə aktiv fəaliyyətə başlayacağı haqqında xəbərlər də mövcuddur.

Xatırladaq ki, sözügedən saytda əsasən Rəsul Quliyevin fikirləri, video çıxışları yerləşdirilir, habelə onun siyasi addımları təbliğ olunur.

AzNews.az