Obama İsrail gözəlini nahara dəvət etdi

13 Mart 2013 17:20 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama ilk dəfə olaraq "Miss İsrail" seçilən qaradərili Yetaiş Eynaunu nahara dəvət edib.

"Qafqazinfo"nun İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, nahar Barak Obamanın İsrailə rəsmi səfəri çərçivəsində baş tutacaq. Görüş prezident Şimon Peresin iqamətgahında keçiriləcək.

İsrail ordusunun 21 yaşlı keçmiş zabiti Yetaiş Eynau Efiopiyada doğulub və bu titulu qazanan ilk qaradərilidir.

Məlumata görə, çoxuşaqlı ailədə doğulan Yetaiş ilk dəfə 12 yaşında İsrailə gəlib. Əvvəlcə geyim mağazasında çalışıb, daha sonra orduda xidmət edib və kiçik leytenant rütbəsinə qədər yüksəlib.

AzNews.az