Prezident Ramiz Mehdiyevi təbrik etdi - “Şöhrət” ordeni verdi

16 Aprel 2018 13:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib. Administrasiya rəhbəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər əldə olunub. O, bir daha dövlət başçısına minnətdarlıq edib.

Qeyd edək ki, sabah R. Mehdiyevin 80 illik yubileyidir.