Cəbrayıl köçkün şəhərciyində 13 yaşlı uşağı maşın vuraraq öldürdü

16 Aprel 2018 19:08 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, “VAZ 2106” markalı avtomobil velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub.

Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.