İslamdan əvvəlki dövrə aid nadir tapıntı aşkar edildi

16 Aprel 2018 23:47 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, panno ağac üzərində oyulub və bu tapıntı Orta Asiyanın arxeologiya tarixində ilkdir və dünya əhəmiyyətli nadir sənət nümunəsidir.

Ölçüsü 124х141 santimetr olan panno bir-birinə dəmirlə bərkidilmiş iki enli taxta parçasından ibarətdir. Pannoda dörd sıra ilə insan fiqurlarından kompozisiya təsvir edilib. Pannoda 46 fiqur var və kompozisiyanın əsas süjeti şir şəklində olan taxt üzərində oturan, Zərdüştilik dövrünə aid bütə təzim edən və ona hədiyyələr gətirən insanlardan ibarətdir.

Aşağı sırada musiqiçilər, hədiyyə gətirən və diz çökən adamlar təsvir olunub.