Yevlaxda yol qəzası baş verdi - Ölən və yaralananlar var (Yenilənib)

16 Aprel 2018 20:00 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, yaralılardan üçü Mingəçevir, biri isə Yevlax rayon xəstəxanasına yerləşdirilib.

Onları vəziyyəti stabil olaraq qiymətləndirilir.

19:33

Yevlax rayonunda ağır yol qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Hazırda qəza baş verən ərazəyə DYP əməkdaşları və təcili tibbi yardım biriqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.