Xaçmazda 40 yaşlı kişi bıçaqlandı

16 Aprel 2018 21:07 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəmməd kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Mehrəliyev Alim Xalid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.