Lerikdə yanğın oldu

16 Aprel 2018 21:51 (UTC+04:00)

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Lerik rayonunda ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyü və aynabəndinin tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.