Saatlıda 57 yaşlı kişi su kanalında boğuldu

16 Aprel 2018 22:34 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü İlham Abdulla oğlu Abdullayev su kanalına düşüb. Nəticədə o, boğulub.

Faktla bağlı araşdırma aparılır.