27 yaşlı gənci maşın vurdu - Foto

17 Aprel 2018 09:26 (UTC+04:00)

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda baş verib.

Babək prospektində piyadalar üçün müəyyən edilməmiş yoldan keçən 1991-ci il təvəllüdlü Məmmədzadə Xasay Ayaz oğlunu 90-LV-795 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vurub. Sürücü yaralını xəstəxanaya yerləşdirib.

Faktla bağlı hadisəni törədən Yusubov Azad Tariyel oğlu inzibati məsuliyyətə cəlb edilib.

AzNews.az