Rüstəm İbrahimbəyov xəstəxanaya düşüb

13 Mart 2013 21:21 (UTC+04:00)


Burada keçirilən beynəlxalq festivalın münsiflər heyətinin sədri olan R. İbrahimbəyov 12 martda özünü qəfildən pis hiss edib. Xəbərdə bildirilir ki, onun böyrəyindəki daşlar hərəkətə gəlib və bu səbəbdən də Oskarlı soydaşımızı Marseldəki klinikalardan birinə aparıblar. Ertəsi gün gündüz o, xəstəxanadan buraxılıb və sədr kimi öz fəaliyyətini davam etdirib: "Lakin həkimlər daşın hərəkətini izləmək üçün onu bir neçə gün nəzarətdə saxlayacaqlar", - deyə minval.az saytı yazır.

AzNews.az