Misirin ən qədim universitetində Azərbaycan dili tədris olunur

17 Aprel 2018 13:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri tədqiqatçı-alim Seymur Nəsirov Misirin Əl-Əzhər universitetinin "Dillər və Tərcümə" fakütısinin dekan müavini və Türk dili şöbəsinin müdiri ilə görüşündə bildirib. S.Nəsirov universitetdə keçirdiyi görüşlərdə Azərbaycan həqiqətləri barədə danışıb və bu gün Misirdə Azərbaycan dilinin tədrisinin iki ölkə arasındakı əlaqələrin inkişafındakı əhəmiyyətindən bəhs edib.

Bildirilib ki, Dillər və tərcümə fakültəsi Əl-Əzhər universitetin önəmli fakültələrdən biri olduğu üçün burada Azərbaycan dilinin tədris olunması hər iki ölkə üçün əhəmiyyət kəsb edir.

Əl-Əzhər universitetinin "Dillər və Tərcümə" fakütısinin dekan müavini, professor Məhəmməd Qazi öz növbəsində dispora sədrinin bu təşəbbusunu dəstəkləyərək, 2018-2019 tədris illərində "Dillər və Tərcümə" fakültənin Türk dili şöbəsində Azərbaycan dilinin tədrisini qərara aldıqlarını qeyd edib.

Görüşdə müxtəlif təkliflər də müzakirə olunub. Həmçinin, yaxın günlərdə Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyi ilə bağlı adı çəkilən fakültədə sempozium təşkil edilməsi də plana alınıb.

Qeyd edək ki, əl-Əzhər universiteti dünyanın ən qədim və ən böyük universitetlərindən biridir. 1000 il əvvəl təsis olunmuş bu mötəbər universitetdə dünyanın 115 ölkəsindən gələn tələbə təhsil alır. Hazırda universitetdə 500 mindən çox tələbə var.