AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar Serj Sarkisyanın baş nazir postuna namizədliyini verməsinə qarşı çıxırlar. Mitinqin keçirildiyi Fransa meydanına təxminən 3 min nəfər toplanıb. Etirazçılar hazırda İrəvan küçələrində hərəkət edirlər. Polis etirazçılara müdaxilə etmir.