Serj Sarkisyan baş nazir seçildi

17 Aprel 2018 17:11 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, baş nazirin seçilməsi parlamentin xüsusi iclasında baş tutub. Açıq səsvermə ilə gerçəkləşdirilən səsvermədə 93 millət vəkilindən 76-sı Serj Sarkisyanın lehinə səs verib. Beləliklə də, Sarkisyan üçüncü dəfə Ermənistanı idarə edəcək.