Lənkəranda avtomobil yandı

17 Aprel 2018 19:40 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin İ.Səmədzadə küçəsində baş verib.

Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Ağəli Oruc oğlu Quluzadə həyətindəki avtomobil təmiri sexində özünün "VAZ-2106" markalı, 99 HV 642 dövlət qeydiyyat nişanlı avtomobilində qaynaq işləri apararkən maşın yanmağa başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun yayılmasının qarşısı alınsa da, nəqliyyat vasitəsi tamamilə sıradan çıxıb.