Yeni Papa QİÇS xəstələrinin ayaqlarını yudu

14 Mart 2013 08:18 (UTC+04:00)


Katolik dünyasının dünən seçilən yeni lideri argentinalı Birinci Frankis barədə maraqlı məlumatlar yayılıb. Məlum olub ki, yeni Papa 2001 ildə 12 QİÇS xəstəsinin ayaqlarının yuyaraq öpüb.

Yeni Papa abort, eynicinslilərin evliliyinə qarşı çıxışlarla da tanınır. Eyni zamanda yeni Papanın adı Argentinada 1970-ci illərdə baş verən siyasi proseslərdə də hallanır. Ona qarşı irəli sürülən ittihamlardan ən ciddisi iki rahibin qaçırılaraq işgəncəyə məruz qalması ilə bağlıdır. İndiki Papanı müdafiə edənlər isə 76 yaşındakı din xadiminin həmin rejimlə hər hansı əlaqəsinin olduğunu rədd edirlər. Qeyd edək ki, Papa Birinci Frankisin adı Vikileks sənədlərində də yer alır.

Qeyd edək ki, Roma katolik kilsəsinə rəhbər seçilən argentnialı kardinal Xorxe Mario Berqalyo 2007-ci ildə Bakıda səfərdə olub. Onun Bakıya səfəri zamanı çəkilmiş foto "Twitter"sosial şəbəkəsində yerləşdirilib. Kilsənin sayca 266-cı rəhbəri seçildikdən sonra Fransisk adını götürən kardinal Azərbaycan paytaxtına səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Xorxe Mario Berqalyo papa seçilən ilk qeyri-avropalıdır. Yeni papanın tacqoyma mərasimi martın 19-da keçiriləcək.

Elnarə Əlosmanqızı
AzNews.az