FHN Lənkəranda yanan avtomobillə bağlı məlumat yaydı

17 Aprel 2018 20:33 (UTC+04:00)

AzNews.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran şəhərində ümumi sahəsi 20 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə və sexin içərisində olan "VAZ" markalı avtomobilin yanar hissələri yanıb.

Avtomobilin və sexin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.